Dünya

Meksikada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Metbuat.az

[ 28 Mart 2015 05:23 ]



Bakı-APA. Meksikanın Oaxaka ştatında “Telmex” mobil operator şirkətinə məxsus helikopter  qəzaya uğrayıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Qəza Çilçotla şəhəri yaxınlığında baş verib. İlkin ehtimallara görə, təyyarənin qəzaya uğramasının səbəbi pis hava şəraiti olub.

Hazırda hadisə yerində xilasedicilər və polis işləyir.