Ölkə

Mehriban Əliyevaya Pakistanın “Hilal-e-Pakistan” ordeni təqdim olunub

Metbuat.az

[ 11 Mart 2015 19:32 ]


Bakı – APA. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın “Hilal-e-Pakistan” ordeni təqdim olunub.

APA-nın məlumatına görə, Pakistanın ali dövlət mükafatı olan ordeni Pakistan prezidenti Məmnun Hüseyn təqdim edib.

Təqdimat mərasimi Azərbaycan və Pakistan prezidentlərinin mətbuata bəyanatlarından sonra keçirilib.