Digər

Məcburi köçkünlərin durumuna baxdılar

Metbuat.az

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Məsələlər Komitəsinin Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdə gərginliyin artması üzrə məruzəçisi

Robert Volter

və AŞPA-nın Siyasi İşlər və Demokratiya Departamentinin rəhbəri

Despina Şatzivasilyu

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Fuad Hüseynov

un müşayiəti ilə Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə olublar.



Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən

APA

-ya verilən məlumata görə, AŞPA təmsilçiləri məhəllədəki 540 şagird yerlik Zəngilan rayon 33 nömrəli tam orta məktəbinin sinif otaqlarında təlim-tədris üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, məhəllədəki 280 yerlik “Şəfəq” uşaq bağçası ilə tanış olaraq körpələrin ifasında xalqlar arasında sülhü və dostluğu tərənnüm edən mahnıları dinləyiblər.



AŞPA təmsilçiləri məcburi köçkün ailələrin həyat tərzi ilə də maraqlanıblar və Zəngilandan məcburi köçkün

Nurəddin Həsənov

un mənzilində yaradılan şəraitlə tanış olublar. Zəngilan rayon İcra Hakimiyyətinin başçısı

Ramiz Həsənov

Zəngilanın ermənilər tərəfindən işğal edilməsindən, bu işğal nəticəsində rayonun təbii sərvətlərinin, maddi-mənəvi dəyərləri özündə əks etdirən tarixi abidələrinin talan edilməsindən, rayon əhalisinin o ağır günlərdə Araz çayını keçərək üzləşdikləri çətinliklərdən, bu gün dövlətin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışıb. Qaçqın və məcburi köçkün probleminin hələ də davam etməsindən təəssüfləndiyini bildirən qonaqlar məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmağın onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Onlar deyiblər ki, münaqişənin tezliklə həlli insanların doğma torpaqlarına geri qayıtmalarına imkan yaradacaq və bunun üçün də bu məsələ ilə məşğul olan ölkələr, beynəlxalq qurumlar öz səylərini artırmalıdırlar.



Milli.Az