Ölkə

Mayda keçiriləcək SAT imtahanına qeydiyyat davam edir

Metbuat.az

Bakı, 20 mart,

AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən növbəti SAT (Scholastic Aptitude Test – Akademik Qiymətləndirmə Testi) imtahanının mayın 2-də keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək istəyənlərin qeydiyyatı davam edir vəaprelin 7-si saat 09:00-da başa çatacaq.


TQDK-dan

AZƏRTAC

-a bildirilib ki, Komissiyanın “College Board” saytında qeydiyyatdan keçmiş test mərkəzinin kodu 60129–dur. Qeydiyyatdan keçmək üçün keçid:

http://tqdk.gov.az/en/international-partnerships/sat/

İmtahan mayın 2-si saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A (xəritəyə keçid) ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz). İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar.


SAT imtahanı şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış beynəlxalq test imtahanıdır. SAT imtahanının nəticəsi ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul olunmağa imkan verir.


Səhifənin qısa keçidi:

http://www.tqdk.gov.az/~OdUKx