Ölkə

Matroslar arasında yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

 


Müdafiə nazirinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi ixtisaslar üzrə yarış və müsabiqələrin keçirilməsinin tənzimlənməsi haqqında” müvafiq qərarına əsasən Hərbi Dəniz Qüvvələrində matroslar arasında “Anamı təbrik edirəm” mövzusunda yazı müsabiqəsi keçirilib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, müsabiqə şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, bölmələrdə sağlam kollektivin yaradılaraq valideynlərə, komandir-rəis heyətinə, o cümlədən özündən böyük hərbi qulluqçulara qarşı hörmət və ehtiram hisslərinin daha da artırılması, hərbi intizamın möhkəmləndirilməsi və asudə vaxtın daha səmərəli keçirilməsi məqsədilə təşkil olunub.


Münsiflər heyəti müsabiqəyə daxil olan yazıların mətnini təhlil edərək qalibləri müəyyən ediblər. Qərara əsasən birinci yerə matros Hüseyn Mustafayev, ikinci yerə Ələddin Mehralızadə, üçüncü yerə isə Aqil Nəcəfov və Amin Musayev layiq görülüblər.


Qaliblər hərbi hissə komandanlığı tərəfindən diplomlarla təltif olunub.