Digər

Maşınları qarət edən 24 yaşlı gənc iş başında saxlanıldı - VİDEO

Metbuat.az

Məlumata görə, polis əməkdaşları 24 yaşlı, Binəqədi rayon sakini

Adil Məmmədov

u gecə saatlarında "28 May" metrosu yaxınlığında avtomobillərdən birini qarət edərkən tutublar.



Polis idarəsinə gətirilən Adil Məmmədov ilkin dindirilmə zamanı cinayətlərini etiraf edib. Məlum olub ki, o, bundan əvvəl də bir neçə dəfə paytaxtın müxtəlif yerlərində maşınları qarət edib.



Dindirilmə zamanı Adil Məmmədov bildirib ki, maşınların şüşələrini daşla sındırıb qapısını açaraq oradan oğurladığı qiymətli əşyaları, pulları və maşının hissələrini dəyər-dəyməzinə satıb.



Adil Məmmədov, saxlanılan şəxs: “Yerdən kubik götürüb şüşələri sındırırdım. Salona daxil olub mobil telefon, maqnitofon, kolonka, yəni pula gedəsi əşyaları götürürdüm. Axırıncı oğurluğumda da tutuldum”.



Faktla bağlı araşdırma aparılır.



Region TV

Videonu izləmək üçün şəklə klikləyin.