Masallıda oftalmologiya konfransı keçiriləcək
Bakı, 17 mart,
AZƏRTACAkademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialında “Oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi konfrans keçiriləcək.
AZƏRTAC
Milli Oftalmologiya Mərkəzinə istinadla xəbər verir ki, məşhur alim, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilən konfransın açılışı aprelin 28-də Bakıda keçiriləcəkdir.
May ayında isə respublika əhalisinin tibbi-profilaktik müayinələrinin yekunlarına əsasən mərkəzdə keçiriləcək konfransda ölkədə oftalmologiya xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, Mərkəzin həkimləri hər ay ölkənin müxtəlif regionlarında müayinələr və cərrahiyyə əməliyyatları aparırlar. Mərkəzin “Səyyar klinikası” tərəfindən aparılan sonuncu bu cür aksiya yaxın günlərdə Gəncədə təşkil olunub. Aksiya çərçivəsində 268 xəstə müayinə edilib, 22 əməliyyat aparılıb.