Digər

Masallıda nəzir qutusundan oğurluq edən şəxslər tutulub

Metbuat.az

[ 29 Mart 2015 13:18 ]



Bakı. Fuad Cəfərov - APA. Masallıda oğurluq edən iki nəfər saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Sığdaş kənd məscidində olan nəzir qutularından oğurluq etmiş şəhər sakinləri Elşən Həbibov və Müzəffər Rəcəbov tutulublar.