Ölkə
Masallı polisi əməliyyat keçirdi: cinayətkar tutuldu
Masallıda evi oğurluq edəndən sonra yandıran şəxslərdən biri də həbs edilib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, həmin şəxs Masallı şəhər sakini Bəxtiyar Kərimovdur. O, Masallı rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib.
Qeyd edək ki, martın 11-də Şöhrəddin Məmmədovun evindən oğurluq edilmiş, daha sonra isə ev yandırılmışdı.