Dünya

Maliyyə nazirinə qarşı cinayət işi açıldı

Metbuat.az

Rumıniyanın maliyyə naziri Dariy Valkova  qarşı cinayət işi açılıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Baş prokurorluğu bildirib.

Yerli KİV-lərin məlumatlarına əsasən, Rumıniyanın hazırkı maliyyə naziri keçmiş iş yerində vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirilir. Qeyd olunur ki, əvvəllər Dariy Valkov Slatin şəhərinin meri olub.