Dünya

Malidə hücum nəticəsində BQXK əməkdaşı ölüb

Metbuat.az

[ 31 Mart 2015 01:28 ]



Bakı-APA. Malidə humanitar karvana törədilmiş hücum nəticəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşı ölüb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın məlumatına bildirilir.

Hücum nəticəsində, həmçinin, yerli sakin xəsarət alıb.

BQXK əməkdaşlarına hücum Qao şəhəri yaxınlığında baş verib.