İdman

Macar idmançıları Avropa Oyunları zamanı avarçəkmə yarışlarında yüksək nəticələr əldə edəcəklərinə inanırlar

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

Macarıstan Olimpiya Komitəsinin prezidenti Zsolt Borkai deyib ki, o, macar idmançılarının birinci Avropa Oyunlarında maksimal nəticə göstərəcəklərinə inanır.


“Bakı-2015”dən

AZƏRTAC

-a bildiriblər ki, Macarıstan idmançılarının Avropa Oyunlarına yüksək əhval-ruhiyyə ilə hazırlaşdığını deyən Z. Borkai onların xüsusilə avarçəkmə üzrə yarışlarda yüksək nəticələr göstərəcəyindən əminliyini bildirib. Diqqətə çatdırıb ki, Avropa Oyunlarında avarçəkmə yarışları dünya çempionatlarında Olimpiya Oyunlarına təsnifat hazırlıqlarına tamamilə uyğun gəlir. O deyib: “Bakıda bizim güclü komandamız yarışacaq”.


Z. Borkai qeyd edib ki, Macarıstan Olimpiya tarixində ümumilikdə 77 medal qazanıb, bunun da 22-si qızıldır. Macarıstan avarçəkmə yarışlarında ən çox medal qazanan ölkələrdən biridir.


Macarıstan Olimpiya Komitəsinin prezidenti “Rio-2016” Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıdığından Avropa Oyunlarına xüsusi diqqət yetirildiyini söyləyib. “Əminəm ki, Azərbaycan bu Oyunları Olimpiadaya layiq şəkildə keçirəcək. Bizim üçün Avropa Oyunları 2016-cı il Olimpiya Oyunlarına hazırlıq olacaq”, - deyə o əlavə edib.