Ölkə
AZƏRTAC
Leriklilər Novruzun gəlişini ümumrayon şənliyi ilə qeyd ediblər
Lerik, 16 mart, Bağır Əliyev,
AZƏRTACMartın 16-da Lerik şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Novruzun gəlişinə həsr olunmuş bayram tədbiri keçirilib.
AZƏRTAC
xəbər verir ki, mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov lerikliləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
Sonra “Cəngi” musiqisinin sədaları altında bayram tonqalı yandırılıb. Milli paltar geyinmiş oğlan və qızlar tonqal ətrafında “Yallı” gediblər.
Bayram tədbirində rayonun bədii özfəaliyyət kollektivlərinin çıxışları, Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar, pəhləvanların və kəndirbazların müxtəlif nömrələri mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.