Ölkə

Lənkərandakı “Yaşıl çay” fermer təsərrüfatı Novruz bayramı ilə əlaqədar xeyriyyə aksiyası keçirib

Metbuat.az

Lənkəran, 18 mart,

AZƏRTAC

Lənkəran rayonunun İstisu qəsəbəsində fəaliyyət göstərən “Yaşıl çay” fermer təsərrüfatı hər il olduğu kimi, bu il də Novruz bayramı ərəfəsində xeyriyyə aksiyası keçirib.


AZƏRTAC

xəbər verir ki, fermer təsərrüfatının işçiləri qəsəbədə yaşayan 640, qonşu kəndlərin isə 100 aztəminatlı ailəsinə müxtəlif çeşiddə ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıblar.