Ölkə
AZƏRTAC
Lənkəranda “yaşıllaşdırma aylığı”mütəşəkkil qaydada davam etdirilir
Lənkəran, 15 mart,
AZƏRTACLənkəran Şəhər İcra Hakimiyyəti başçısına sərəncamına əsasən rayonun yaşayış məntəqələrində martın 1-dən 31-dək “yaşıllaşdırma aylığı” keçirilir.
AZƏRTAC
xəbər verir ki, “yaşıllaşdırma aylığı” çərçivəsində hər həftənin şənbə və bazar günləri rayonda iməciliklər təşkil olunur.
Martın 14-də keçirilən növbəti iməcilik zamanı Lənkəran şəhərindəki, rayonun qəsəbə və kəndlərindəki park və xiyabanlarda magistral yolun kənarlarında müxtəlif növ ağaclar, həmişəyaşıl, dekorativ kollar əkilib.
İməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının, bələdiyyələrin nümayəndələri və yerli sakinlər fəal iştirak ediblər.