Digər

Lənkəranda quldurluq

Metbuat.az
Lənkəran rayonunda quldurluq edən iki nəfər tutulub
APA

-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 29-da Lənkəran şəhərində şəxsiyyəti məlum olmayan 4 nəfər Şamaxı rayon sakinləri

Cəsarət Əmrahov

u və

Ruslan Mirzəyev

i zorla “Chevrolet” markalı avtomobilə oturdub Aşağı Nüvədi kəndinə apararaq döyüb və bıçaqla hədələyərək onlardan 1400 manat alıb.



Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən Aşağı Nüvədi kənd sakinləri

Şamxal Bağırov

Famil Babazadə

tutulublar.



Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.



Milli.Az