Ölkə

Lənkəranda Novruz şənliyi keçirilib

Metbuat.az

Lənkəran, 18 mart, Bağır Əliyev,

AZƏRTAC

 


Martın 18-də Lənkəran şəhərindəki dəmir yolu vağzalı meydanında Novruz bayramına həsr olunmuş mərasim keçirilib.


AZƏRTAC

xəbər verir ki, bayramsayağı bəzədilmiş meydanda Novruz xonçaları və səmənilər düzülüb, xalq tətbiqi sənəti nümunələri, bayram təamları və müxtəlif növ şirniyyatlar, Lənkəran Rəssamlıq Məktəbinin şagirdlərinin baharın gəlişinə həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib.


Mərasimdə çıxış edən şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov lənkəranlıları Novruz bayramı münasibətilə təbrik edib.


T.Qaraşov diqqətə çatdırıb ki, bu il xalqımız Novruz bayramını bütün sahələrdə qazanılan böyük uğurlarla qarşılayır. Bunu ölkəmizin hər yerində olduğu kimi, hаzırdа Nоvruzun sevincini yаşаyаn, füsunkаr təbiəti, bаhаrın аl-əlvаn nахışlаrı ilə bəzənən Lənkərаndа dа görmək mümkündür. İndi rаyоndа yеni аb-hаvа duyulur, хоş əhvаl-ruhiyyə hökm sürür. Lənkərаn şəhərində, kənd və qəsəbələrdə gеniş аbаdlıq-quruculuq işləri aparılır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Lənkəranın siması sürətlə dəyişir.


Bahar qız, Kosa və Keçəl musiqi sədaları ilə meydana daxil olaraq, mərasim iştirakçılarına ən xoş arzularını çatdırıblar.


Rayonun incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini nümayiş etdiriblər.


Mərasimdə milli paltar geyinmiş qızlar bayram tonqalının ətrafında dövrə vuraraq yallı gedib, müğənnilər el nəğmələri, baharın gəlişinə və Novruza həsr olunmuş mahnılar ifa ediblər.