Digər
Lənkəranda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
[ 13 Mart 2015 13:02 ]
Bakı. Fuad Cəfərov - APA. Lənkəranda ana və üç oğlu dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 12-də Lənkəran rayonunun Rvo kəndində yaşayan Nərminə Şərbətzadə, oğlanları Əmrah, Pərviz və Elgiz evlərində dəm qazından zəhərlənib.
Onlar xəstəxanaya yerləşdiriliblər. Araşdırma aparılır.