İdman

“Le Tour de Langkawi” başlayır

Metbuat.az

Bakı, 7 mart,

AZƏRTAC

 


Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Asiya turlarına start verir.


Azərbaycan Velosiped İdmanı Federasiyasından

AZƏRTAC

-a bildiriblər ki, təmsilçimiz martın 8-15-də Malayziyada keçiriləcək Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2-ci kateqoriyalı çoxgünlük “Le Tour de Langkawi” yürüşündə mübarizə aparacaq. İyirmi bir komandanın iştirak edəcəyi 8 mərhələdən ibarət yürüşdə “Synergy Baku” 5 velosipedçi ilə təmsil olunacaq. Bunlar Elçin Əsədov, Ənvər Asanov, Elgün Əlizadə, Samir Cəbrayılov və Aleksandr Surutkoviçdir. Yarış xüsusən Azərbaycanın 23 yaşadək velosipedçilərdən ibarət yığma komandasının üzvləri, “Bakı-2015” birinci Avropa Oyunlarında iştiraka namizəd olan Elgün Əlizadə, Samir Cəbrayılov və Ənvər Aslanov üçün təcrübə toplamaq baxımından böyük əhəmiyyət daşıyır. On səkkiz yaşlı Elgün Əlizadə yürüşün ən gənc 2 iştirakçısından biridir.


Səkkiz gün ərzində iştirakçılar ümumilikdə 1118 kilometr məsafə qət edəcəkər. Builki yarışda Böyük Britaniyanın “Team Sky”, Qazaxıstanın “Astana”, Avsrtaliyanın “Orica GreenEDGE”, Rusyanın “Tinkoff-Saxo” kimi Dünya Turu komandalarının, həmçinin 7 Prokontinental kollektivin iştirakını nəzərə alsaq, mübarizənin kifayət qədər gərgin keçəcəyini əvvəlcədən söyləmək olar.