Ölkə

Kürdəmirdə ölümlə nəticələnən yol-qəza hadisəsi baş verib

Metbuat.az

Bakı, 20 mart,

AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonunda Bakı-Qazax yolunun 195-ci kilometrliyində sahibləri məlum olmayan “MERCEDES-VİTA” markalı mikroavtobusla, “MERCEDES” və “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.


Nazirlikdən

AZƏRTAC

-a bildiriblər ki, nəticədə "VAZ" markalı minik avtomobilində olan 4 nəfər müxtəlif bədən xəsarətləri alıb, 1 sərnişin isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.


Hadisə ilə əlaqədar müfaviq qurumlar tərəfindən araşdırma aparılır.