Ölkə

Küçə itləri 30 yaşlı qadını parçaladı

Metbuat.az

Türkiyədə küçə itləri tərəfindən parçalanmış qadın cəsədi tapılıb.



ANS PRESS-in məlumatına görə, Eskişəhərin Batıkent Məhəlləsinin sakinləri tarlada çox sayda itin bir şey yediyini görürlər. İtlərin yanına doğru yaxınlaşan sakinlər heyvanların arasında cəsəd görür və polisə xəbər verirlər.



Hadisə yerinə gələn polislər cəsədin 30 yaşlı Erinç Pütünə aid olduğunu müəyyən edirlər.



İtlər tərəfindən öldürüldüyü təsbit edilən qadın cəsədi ekspertizaya göndərilib.



Polis hadisə ilə bağlı araşdırmalar aparır.

Mənbə
ANS PRESS