Dünya
Kreml prezident Putinin Sankt-Peterburqda Qırğızıstan prezidenti ilə görüşəcəyini açıqlayıb
[ 13 Mart 2015 13:20 ]
Bakı – APA. Rusiya prezidenti Vladimir Putin martın 16-da Sankt-Peterburqda Qırğızıstan prezidenti Almazbek Atambayevi qəbul edəcək.
APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, yüksək səviyyəli danışıqlarda ikitərəfli əməkdaşlığın mühüm məsələləri, əsasən ticarət-investisiya, mədəni-humanitar və enerji sahələrində əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunacaq: “Qırğızıstanın Avrasiya İttifaqına qoşulması kontekstində qarşılıqlı fəaliyyətə dair ətraflı fikir mübadiləsi aparılacaq”.
Qeyd edək ki, son günlər V. Putinin mediada görünməməsi ilə əlaqədar müxtəlif şayiələr yayılıb.