Digər

Kreml Gürcüstanı öz tərəfinə çəkir

Metbuat.az

Ukraynada Rusiya qüvvələri gücləndikcə Şərqi Avropanın bir çox yerində Rusiyanın qisas alacağı təhlükəsi gərginliyi davam etdirir. Rusiyanın yeganə hədəfi Ukrayna deyil.

 
Yəqin ki, ən çox narahatlıq doğuran davamlı Avro-Atlantika tərəfdaşı olan və Qərb tərəfdarı siyasi uzlaşmanın əldə edildiyi Gürcüstana xəbərdarlıq göndərilməsi olub. Rusiyanın hərbi avantürasının çoxdankı rəqibi olan Gürcüstan Avro-Atlantik strukturlara üzv olmağa çalışaraq Rusiyanın regional dominantlığından çıxmaq üçün səy göstərdi, əzmli və etibarlı qərb tərəfdaşı kimi nüfuz qazandı. Ancaq Rusiyanın təcavüzkarlığı qarşısında Qərbin səssiz qalması artıq öz təsirini göstərməyə başlayır. Gürcüstanın öz ərazisinin 20 faizinin ruslar tərəfindən işğalını və 300 minədək vətəndaşına qarşı etnik təmizləmə aparılmasını izlədiyi on illərlə sürən düşmənçilikdən sonra bəzi qruplar Qərblə sıx əlaqələrin saxlanılması bütün bu itkilərə dəyərmi deyə sorğulamağa başlayırlar.
 
Rusiyanın nüfuz uğrunda Gürcüstanda apardığı əməliyyatlara rəhbərlik edən qruplar KİV-də xəbərlərin yerli dildə çıxması və qərbyönümlü olduqlarının tez-tez təkrarlanması nəticəsində beynəlxalq ictimaiyyətin nəzərindən qaçırlar. Lakin bu qrupları Tbilisi küçələrində etirazlar edərkən, gürcü kilsələrində vaizlik edərkən və seçkilərdən əvvəl yaxşı maliyyələşdirilmiş kampaniya mitinqləri keçirərkən görmək olar. Rusiyanın Gürcüstandakı nüfuzu getdikcə güclənir.
 
Ancaq Qərb rəsmiləri və ekspertləri Vaşinqtonda dəyirmi masa arxasında, eləcə də, şəxsi söhbətlərdə Rusiyanın Gürcüstanda apardığı təbliğatın kök sala biləcəyi ehtimalına lazımi əhəmiyyəti vermirlər. Bu arxayınlıq ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu və Milli Demokratiya İnstitutu tərəfindən müntəzəm olaraq keçirilən rəy sorğularında Avro-Atlantik inteqrasiya üçün xalq dəstəyinin 60-70 faiz arasında olmasından irəli gəlir. Əksəriyyət Avro-Atlantik inteqrasiyanı dəstəkləyir, bəs bu dəstək güclüdürmü? Gürcüstanın sıravi vətəndaşları ilə vaxt keçirənlər reallığın çox vaxt olduğu kimi daha mürəkkəb olduğunu deyirlər.
 
Gürcülərin Arvadımın rəfiqələri (Chemi Tsolis Dakalebi) adlı serialında bir toy səhnəsində qonaqlar Gürcüstana “MAP” (NATO-ya üzvlük üçün fəaliyyət planı, yəni NATO-ya üzvlüyə başlanğıc) verildiyi xəbərini eşidirlər. Bu elan hamını təəccübləndirir və bir səssizlik yaranır, sonra isə qonalar alqışlamağa başlayırlar. Bu zaman alqışlayan və digərləri ilə bu xəbəri qeyd edənlərdən biri qonaqlardan birinə çevrilib soruşur: “MAP nədir?”
 
Bu səhnə təkcə NATO-nun gürcülər tərəfindən dəstəkləndiyini yox, eyni zamanda daha acı bir həqiqəti – bu dəstəyin yaxşı məlumatlanmadan daha çox emosiyalara əsaslandığını göstərir. İctimai rəy sorğularındakı rəqəmlər hər şeyi göstərmir. Məlumatları daha dərindən araşdırsaq, vəziyyətin daha qəliz olduğunu görərik.
 
Keçən ilin avqust ayında ABŞ-ın Milli Demokratiya İnstitutunun verdiyi məlumatlara görə, Qərbə inteqrasiya gürcülər üçün üçüncü yerdə gələn bir məsələdir. Digər məsələləri kölgədə qoyan işsizlik və yoxsulluq isə sorğu iştirakçılarının müvafiq olaraq 63 və 32 faizini ən çox narahat edən problemlərdir. NATO və Aİ-ə inteqrasiya isə 10 və 17-ci yerdə gəlir. Sorğu mövzusu olan 21 məsələ arasında hökumətin müzakirələr apardığı NATO və Aİ-ə üzvlük gürcülər üçün əsas məsələlər olaraq seçilir.
 
Lakin sorğu nəticələrində görünməyən və ən çox narahatlıq doğuran Aİ-nin alternativi olaraq Rusiya tərəfindən idarə edilən Avrasiya İttifaqına qoşulmaq üçün dəstəyin artmasıdır. Sorğu iştirakçılarının 20 faizi Gürcüstanın bu ittifaqa üzv olması ideyasının tərəfdarıdır. 2013-cü ilin sonunda 11 faiz olan bu göstərici 2014-cü ilin ortalarına qədər 16 faizə qalxdı. Öz ölkəsinin suverenliyini Gürcüstan ərazilərini əlində saxlayan və heç bir cəza almadan qonşu dövlətləri parçalayan Rusiyaya güzəştə getməyə hazır olan gürcülər kimlərdir? Bu sualın cavabını qeyri-hökumət sektorunun ruspərəst qruplardan təşkil olunan seqmentində tapmaq olar. Bu təşkilatların bir çoxu lazım olduqda yaranır və yox olur – bir həftə “Gürcüstan Sülh Komitəsi”, o biri həftə bir başqası – ancaq bu təşkilatlar çox vaxt müntəzəm olaraq Moskvaya səfərlər edən və Gürcüstanın iqtidar partiyası ilə müxalifətin sözlərinə görə, Kremldən maliyyə dəstəyi alan ruspərəst ideoloqların eyni qrupuna bağlı olurlar. Onların ümumi ideyası ali kilsə müdafiəsi və ya Sovet nostalgiyası yox, “avrasiyaçılıq” və “pravoslav sivilizasiyasıdır”. Gürcüstanda sosial mühafizəkarlıq, iqtisadi zəiflik və hökumətdə baş vermiş keçmiş sui-istifadə hallarına qarşı uzunsürən hiddətdən istifadə edilməsi ilə ölkənin Qərbə cavabsız sevgisindən səbri tükənən əhali arasında dinini dəyişdirənlər də artır.
 
2014-cü ilin ortalarında Avrasiya tərəfdarı olan qruplar antidiskriminasiya ilə bağlı tədricən Gürcüstan parlamentinə gedən qanun layihəsinə qarşı güclü şəkildə etiraz etdilər. Bu qanunun qeyri-heteroseksual həyat tərzinin təbliğ edilməsinə bərabər olduğunu iddia edən etirazçılar cinsi oriyentasiyaya əsaslanan diskriminasiyanı qadağa edən qanun layihəsinin dili üzərində dayanmışdılar və onlar etiraz nümayişlərinə tək yox, Gürcüstan Pravoslav Kilsəsinin keşişləri ilə birgə gəlmişdilər.
 
Antidiskriminasiya haqqında qanun layihəsi kilsənin də təəccübünə səbəb oldu və kilsə cinsi azlıqların qorunmasının rədd edilməsinə çağırdı. Dünyanın ən qədim kilsələrindən biri olan Gürcüstan Pravoslav Kilsəsi Gürcüstanda millətçiliyin də məhəkdaşıdır və ölkənin ən etibarlı qurumu kimi sorğular da keçirir. Lakin kilsənin Avrasiya tərəfdarı qruplaşmalarla birgə fəaliyyəti taktiki müttəfiqliklə məhdudlaşmırdı. Pravoslav iyerarxiyası daxilindəki nüfuzlu fraksiyalar Gürcüstanın Avropa İttifaqına üzv olmasının sözdə tərəfdarı olsalar da, açıq şəkildə dini millətçiliyi qızışdırır və Rusiyaya heyranlıq duyduqlarını bildirirlər.
 
Bu gün kilsə nümayəndələrinin irtica fəaliyyətə başçılıq etdikləri düşünülür. 2013-cü ilin ortalarında din xadimləri Tbilisinin mərkəzində cinsi azlıqlara qarşı törədilən qırğın zamanı ön sıralarda idilər. Kilsə nümayəndələri Gürcüstan müsəlmanlarına qarşı etiraz və hücumlara bəraət qazandırdılar. Qərbin “Rusiyadan daha pis” olduğunu bildirən kilsə liderləri bəzən 2008-ci il Rusiya qəsbkarlığını Qərb inteqrasiyasına qarşı xilasedici bir müdaxilə kimi qiymətləndirirdilər.
 
Ruspərəst təşkilatların böyüməsi və kilsənin anti-Qərb mövqeyi Rusiya tərəfdarı olan üçlükdə üçüncü mərhələ - anti-Qərb siyasi partiyaların yenidən canlandırılması ilə birləşir. 2012-ci ildə hakimiyyətin dəyişməsindən bəri Gürcüstanın siyasi həyatından təcrid olunmuş ruspərəst siyasətçilər getdikcə əhəmiyyəti artan siyasi qüvvəyə çevriliblər.
 
Bir vaxtlar Qərb tərəfdarı olan rusiyayönlü siyasi təşviqatçı Nino Burcanadze Gürcüstanın Avro-Atlantik konsensusunu birbaşa dağıtmaq məqsədilə siyasi koalisiya yaradıb. 2013-cü ilin prezident, 2014-cü ilin yerli seçkilərində Burcanadze 10 faizə yaxın səs toplaya bildi. Bu yaxınlarda Tbilisidə böyük bir mitinq keçirmiş anti-Qərb xalq partiyası olan “Vətənpərlər İttifaqı” (Alliance of Patriots) isə 2014-cü ilin iyun ayında 5 faiz səs topladı. Əgər belə davam edərsə, 2016-cı ildə keçiriləcək parlament seçkiləri Gürcüstanda çox fərqli bir istiqamətə yönəlmiş hökumət yarada bilər. Nəticələrin 15 faiz olması Rusiya tərəfdarı deputatların qüvvədə olan parlamentə göndərilməsi üçün kifayət olacaq.
 
Gürcüstanın sabiq müdafiə naziri İrakli Alasania Rusiya ilə bağlı narahtadır. O, “Vətənpərvərlər İttifaqının” keçirdiyi mitinqi nəzərdə tutaraq deyib: “Rusiya tərəfdarı qruplar olduqca fəaldırlar, Qərbə inteqrasiyaya qarşı etiraz edənlər isə minlərlədir.” O, hazırkı hökumətin böyüməkdə olan Rusiya təhlükəsini gözardı etməsindən narahat olduğunu dilə gətirib. Öz “Azad Demokratları” ilə parlament müxalifətinin bir hissəsi olan hakim “Gürcü Arzusu” (Georgian Dream) koalisiyasında Qərb tərəfdarı partiyalar azalıb, koalisiya daxilində mühafizəkar fraksiyaların təsir gücü isə artıb.
 
Ancaq bu, çox güman ki, başlanğıcdır. Tendensiya belə davam edərsə, Gürcüstanın xarici siyasət konsensusu zəifləməyə başlaya bilər. “Gürcü Arzusu” partiyası bütün çətinliklərə baxmayaraq, geosiyasi praqmatizmlə Avro-Atlantik əzmi arasında balans yarada bilsə də, bir vaxtlar ümidli olan seçicilərin dəstəyini getdikcə itirir. Vəziyyət belə olduğu halda 2016-cı ilin parlamenti bu günün parlamentindən çox fərqli olacaq. Qərb tərəfdarı olan “Birləşmiş Milli Hərəkat” (United National Movement) müxalifət partiyasının parlamentdə sahib olduğu 51 yerdən yarısını, bəlkə də yarıdan da çoxunu itirəcəyi, onun yerinə Burcanadzenin koalisiyasından və “Vətənpərvərlər İttifaqı” partiyasından Qərb əleyhinə olan deputatların gələcəyi gözlənilir. “Gürcü Arzusu” partiyası parlamentdə ən iri blok olaraq qalmağa davam edə bilər, lakin Qərb əleydarı qruplaşmaların parlamentə daxil olması partiyanı qərbyönlü strategiyaları azaltmağa, hətta ləğv etməyə vadar edə bilər.
 
Gürcüstan həm Moskva, həm də Qərbə yönəlməyə cəhd edərsə, bu strategiyanın nümunələri olan Azərbaycan, Ermənistan və Qazaxıstan kimi Rusiyanın dominantlığında batacaq. Bu da Rusiyanın Qafqazda geosiyasi üstünlüyü, bununla da Trans-Avrasiya enerji və ticarəti üzərində nəzarəti tam ələ alması deməkdir.
 
Qərb bir neçə yolla Gürcüstan liberallarına kömək edə bilər. Keçən ilin iyun ayında Avropa İttifaqı ilə assosiativ (üzvlük) saziş imzalanmasına və azad ticarət zonasının gələcəkdə böyük potensialı olmasına baxmayaraq, Gürcüstanın əksər sıravi vətəndaşları üçün əsl mükafat Aİ ölkələrinə vizasız giriş imkanıdır. Bu il bu qərarın verilməsi Qərbə etimad yaranması üçün əsl kömək ola bilər. NATO-ya birbaşa üzvlük mümkün olmazsa, ABŞ-ın NATO-ya üzv olmayan böyük müttəfiqi olmaq imkanı Avro-Atlantik məkana böyük miqyaslı töhfələr vermiş Gürcüstan üçün yüksəliş olar.
 
Gürcüstanın qərbyönümlü fikir birliyinin lazımı qədər qiymətləndirilmədiyi günlər artıq bitmək üzrədir. Şərqi Avropadan Qafqaz və Mərkəzi Asiyaya qədər ətrafında Rusiya nüfuzu artan Gürcüstan uzun müddətdir arzu edilən qənimətdir. Bunun üçün ard-arda hərbi müdaxilələr edilmiş, informasiya müharibəsi və nüfuz uğrunda əməliyyatlar aparılmış olsa da, Moskvanın Gürcüstanın yenidən öz tərəfinə çəkilməsində bütün zəruri vasitələrdən istifadə etməklə həlledici məqamı keçdiyi görünür.
 
4npress.com