Ölkə

Köməksiz vəziyyətdə qalan 3 nəfər xilas olunub

Metbuat.az

Bakı, 4 mart,

AZƏRTAC

 


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Nərimanov rayonunda vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.


Fövqəladə Hallar Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, nazirliyin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, sökülməkdə olan, təqribən 75 metr hündürlüyündə dəmir-beton konstruksiyalı borunun üzərində 3 nəfər köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına uyğun olaraq vətəndaşları aşağı endiriblər.