Ölkə
AZƏRTAC
Kolumbiya Azərbaycan ilə əlaqələri daha da genişləndirmək niyyətindədir
Bakı, 18 mart,
AZƏRTACMartın 18-də Kolumbiyanın Azərbaycandakı səfirliyi ölkələrimiz arasındakı dostluq əlaqələrinə həsr olunan qəbul təşkil edib.
AZƏRTAC
xəbər verir ki, səfirliyin müvəqqəti işlər vəkili Assad Jose Gater Azərbaycan ilə Kolumbiya arasında əlaqələrin inkişaf perspektivlərindən danışıb. O, Kolumbiyanın Azərbaycan ilə mövcud əlaqələri daha da dərinləşdirmək niyyətində olduğunu qeyd edib.
Azərbaycan ilə Kolumbiya arasında uzun illər davam edən əməkdaşlığı yüksək qiymətləndirən diplomat deyib: “Siyasi əlaqələrimiz yüksək səviyyədədir. İqtisadiyyat, mədəniyyət və idman sahələrində də əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar var. Biz Azərbaycan ilə gələcəkdə bütün sahələrdə əlaqələri genişləndirəcəyik”.