Ölkə

Kişi özünü güllələdi

Metbuat.az

Ağdaşda kişi özünü güllələyib.



Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Şordəhnə kəndində qeydə alınıb.



Kənd sakini 1968-ci il təvəllüdlü kənd sakini Arif Ağalar oğlu Əhmədov evdə qoşalülə ov tüfənginə patronları doldururmuş Bu zaman o ehtiyatsız davranıb. Nəticədə atəş açılıb.



Açılan atəş nəticəsində Arif Əhmədov qarnından və ayağından yaralanıb.



Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun bədənindəki güllələri çıxarıblar.



Faktla bağlı araşdırma aparılır.

Mənbə
ANS PRESS