Digər

Kiprdə 84 yaşlı azərbaycanlı adam bıçaqladı

Metbuat.az

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne şəhərinin Lapta bölgəsindəki bir Qocalar Evində bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın ŞKTR mətbuatına istinadən məlumatına görə, Qocalar Evində qalan azərbaycanlı, 84 yaşlı Nəbi Malek Aişə Qaya adlı qadını bıçaqlayıb. Xoşbəxtlikdən qadın yüngül xəsarət alıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti normaldır. Hələlik hadisənin səbəbi barədə məlumat verilmir.
Bu hadisə ciddi narazılığa səbəb olub. 7 ay əvvəl Qocalar Evinə yerləşdirilən Nəbi Malekin olması narazılığı daha da artırıb.
Qocalar Evinin standartlara cavab vermədiyi, ahıllar üçün heç bir şəraitin yaradılmadığı bildirilir.