Ölkə

Kəsdiyi ağacın altında qalaraq öldü

Metbuat.az

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İlkin İzzət/

Oğuz rayonunda bədbəxt hadisə baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 2-də Oğuz rayonunun Abrıx kəndinin meşə zolağında kənd sakini Qaya Xurşudovun kəsdiyi ağac üstünə düşüb.

Nəticədə Q.Xurşudov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az