Dünya
ANS PRESS
Kerri və Zərif görüşəcək
İsveçrənin Lozanna şəhərində İranın nüvə proqramı ilə bağlı danışıqların növbəti mərhələsi start götürəcək.
ANS PRESS-in əmklumatına görə, martın 15-də bunun üçün Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında növbəti görüş baş tutacaq. Bu barədə ABŞ Dövlət Departamenti xəbər yayıb.
Görüşdə yenə İranın nüvə proqramı və yekun razılaşma ilə bağlı müzakirələr aparılacağı gözlənilir.
Xatırladaq ki, bu ayın əvvəli İsveçrənin Montrö şəhərində baş tutan görüşlərdə Məhəmməd Cavad Zərif danışıqların növbəti mərhələlərində mühüm irəliləyişin əldə edilməsinə səy göstərəcəyini bildirmişdi.
MənbəANS PRESS