Dünya

Kennedinin qızı ölümlə hədələndi

Metbuat.az
Səfirlikdən hadisə ilə bağlı heç bir açıqlanma verilməyib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Yaponiyadakı səfiri ölüm təhdidi alıb.



Anspress

-in məlumatına görə, ötən ay ABŞ-ın Tokiodakı səfirliyi binasına ingilisdilli şəxs zəng edərək səfir

Karolin Kennedi

ni və başqa bir diplomatı ölümlə hədələyib.



Xəbərin hüquq-mühafizə orqanlarına bildirilməsilə yapon polisi işi araşdırmağa başlayıb. Səfirlikdən hadisə ilə bağlı heç bir açıqlama verilməsə də narahatlıq içində olduqları deyilir.



Bu ayın əvvəllərində isə ABŞ-ın Cənubi Koreyadakı səfiri Mark Lippert bıçaq hücumuna məruz qalmış, bir neçə günü xəstəxanada keçirməli olmuşdu.



Qeyd edək ki, Karolin Kennedi sui-qəsdə uğrayan keçmiş ABŞ rəhbərlərindən Con F. Kennedinin qızıdır. O, 2 il əvvəl Tokioya səfir təyin edilib.



Milli.Az