Ölkə
AZƏRTAC
Kənd təsərrüfatı idarəsi üçün tikilən inzibati bina mayın sonunadək istifadəyə veriləcək
Zaqatala, 11 mart,
AZƏRTACZaqatala şəhərində Kənd Təsərrüfatı Nazirliyinin yeni yaradılacaq idarəsi üçün inzibati binanın tikintisi sürətlə davam etdirilir.
AZƏRTAC
xəbər verir ki, tikintisinə ötən ilin sentyabrında başlanılan ikimərtəbəli binada hörgü və suvaq işləri artıq başa çatdırılıb. Hazırda binanın dam örtüyü quraşdırılır, fasadına üzlük çəkilir, daxili hissədə tamamlama işləri aparılır.
Tikinti işlərini “Azəraqrartikinti” ASC-nin Zaqatala filialının inşaatçıları həyata keçirirlər. İş icraçısı Fazil Mustafayevin sözlərinə görə, tikintidə 30 nəfərə yaxın işçi çalışır. Obyektin inşasının mayın sonunadək başa çatdırılması nəzərdə tutulur. Yeni inzibati binada Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan yerli idarələr fəaliyyət göstərəcək.