Dünya
Milli.Az
Kazandakı dəhşətli yanğın yerində 16-cı cəsəd tapılıb
Xilasedicilər Kazanda yanmış ticarət mərkəzinin uçqunlarının altında 16-cı cəsədi aşkar ediblər.
Trend-in məlumatına görə bu barədə RİA Novosti agentliyi məlumat verir.
Daha öncə 15 cəsəd tapıldığı haqda məlumat yayılıb. 50 nəfərdəndən çox insan yanıq və zədələr alıb. Uçqunların altında 20-dən çox insan qaldığı ehtimal edilir.
Yanğın ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə qısaqapanma nəticəsində baş verib.
Binada olan 650 nəfər xilas edilib.
Faktla bağlı cinayət işi qaldırılıb.
Milli.Az