Dünya

Kazanda yanğında həlak olmuş Azərbaycan vətəndaşının cənazəsi yaxınlarına verilib

Metbuat.az

Kazanda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində həlak olmuş Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü

Paşayev Pərviz Telman oğlu

nun cənazəsi yaxınlarına verilib.



Bu barədə

Trend

-ə Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyindən bildirilib.



Yaxın zamanlarda cənazə Azərbaycana göndəriləcək.



Nümayəndəlikdən qeyd edilib ki, hələlik yanğında həlak olan azərbaycanlı qadının şəxsiyyəti müəyyənləşdirilməyib. Onun Cəlilabad rayonundan olduğu bildirilir.



Yanğın zamanı xəsarət almış Azərbaycan vətəndaşı

Tağıyev Salam Bəxtiyar oğlu

xəstəxanadadır, onun vəziyyəti orta ağır qiymətləndirilir.



Milli.Az