Dünya

​Kazanda yanğın zamanı ölənlərin sayı 17 nəfərə çatıb

Metbuat.az

Bakı. 14 mart. REPORT.AZ/ Kazanda ticarət mərkəzində baş verən irimiqyaslı yanğın zamanı ölənlərin sayı ən azı 17 nəfərə çatıb.


“Report” xəbər verir ki, bu barədə Rusiya

Fövqəladə Hallar Nazirliyi

nin məlumatında bildirilir.


Eyni zamanda xilasedicilər dağıntılar altında qalanların axtarışını davam etdirirlər.


Tatarıstanın paytaxtında yerləşən ticarət mərkəzində 4 min kvadrat metr ərazini əhatə edən yanğın martın 11-də baş qaldırıb. Yanğın 8 saat ərzində söndürülüb.


Yanğın zamanı 20 yaşlı Azərbaycan vətəndaşı ölüb, iki azərbaycanlı xəsarət alıb, daha bir soydaşımız isə tutulub.