Digər

Kazanda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 14-ə çatıb

Metbuat.az

[ 13 Mart 2015 14:35 ]


Bakı – APA. Kazanda “Admiral” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 14-ə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Rusiya Fövqəladə Hallar Nazirliyinin Tatarıstan üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Rodıqin məlumat verib.

Rusiya FHN-nin Volqayanı regional mərkəzinin rəisi İqor Panşin isə bildirib ki, dağıntılar altında 25 nəfər qala bilər.

Hadisə zamanı Tatarıstan FHN-nin Baş İdarəsinin podpolkovniki ölüb. Onun adı açıqlanmır.

Xatırladaq ki, Kazandakı ticarət mərkəzində yanğın zamanı 3 azərbaycanlı ölüb, onlardan birinin şəxsiyyəti məlum olub. Bu, Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Paşayev Pərviz Telman oğludur. Digər iki nəfərin şəxsiyyəti isə hələlik məlum deyil. Təkcə o müəyyən edilib ki, onlar Gürcüstan əsilli azərbaycanlılardır.