Dünya
AZƏRTAC
Kanadada A320 təyyarəsinin sərt enişi nəticəsində 25 sərnişin xəsarət alıb
Bakı, 29 mart,
AZƏRTACKanadanin Qalifaks şəhərində Torontodan gələn A320 təyyarəsinin uçuş-eniş zolağından kənara çıxaraq sərt eniş etməsi zamanı 25 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
AZƏRTAC
Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bir qədər əvvəl Air Canada aviakompaniyasına məxsus təyyarənin əlverişsiz hava şəraiti səbəbi ilə uçuş-eniş zolağından kənara çıxdığı bildirilsə də, hadisənin dəqiq səbəbləri hələlik bəlli deyil.
Aviaşirkət nümayəndəsinın sözlərinə görə, hadisə zamanı həyati təhlükə daşımayan xəsarətlər almış 25 sərnişin xəstəxanaya yerləşdirilib.