Kamran Ağayev: "...meydana çıxmaq önəmli deyil"
"Əsas heyətdə kimin oynayacağı bilinmir. Səlahət Ağayevin xəstələnməyi yaxşı hal deyil. Ancaq əvəzolunmaz insan yoxdu. Start heyətində meydana çıxmaq önəmli deyil. Əsas odur ki, Azərbaycan qələbə qazansın".
ANS PRESS-in məlumatına görə, bu sözləri millimizin qapıçısı Kamran Ağayev deyib.
Qolkiper Malta ilə oyunla bağlı fikirlərini bildirib: "Futbolda zəif komanda olmur. O vaxt deyil ki, rəqib zəif olsun. Elə hesab edirəm ki, Malta da bizimlə başabaş mübarizə aparan komandadı. Biz onlardan artığıq ki, əskik deyilik. İnanıram ki, meydançaya çıxıb qələbə qazanacağıq".
Kamran Türkiyədəki çıxışı barədə danışmaq istəmədiyini bildirib: "Türkiyə karyeram haqda danışmaq istəmirəm. Çünki indi millidəyəm və yalnız bu haqda düşünürəm. Əsəbiliyə qaldıqda, insanın həyatında şəxsi problemlər olur. Bizim işimiz futboldu və indi o gərginliklər arxada qalıb".
MənbəANS PRESS