Dünya

Kabildə partlayış törədilib, 3 nəfər ölüb

Metbuat.az

[ 29 Mart 2015 23:03 ]



Bakı-APA. Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində 3 nəfər ölüb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, insident zamanı ölkə parlamentində Paktia əyalətini təmsil edən deputat Gülpaşa Məcidi yaralanıb.

Hüquq-mühafizə orqanları hadisənin deputata qarşı sui-qəsd olduğunu ehtimal edirlər.

Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.