Dünya

Kabayeva ana oldu

Metbuat.az

Olimpiya çempionu, adı Putinlə hallanan Alina Kabayevanın uşağı olub. Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, belə bir iddia ilə İsveçrənin "Blick" qəzeti çıxış edib. Qəzetin yazdığına görə uşağın atası Rusiya prezidenti Vladimir Putin ola bilər. Mənbənin nəşrə verdiyi məlumata əsasən, hazırda Kabayeva İsveçrənin doğum evlərindən birindədir.

Qəzet iddia edir ki, Kabayeva bir neçə gün əvvəl Müqəddəs Anna klinikasında qeydiyyatdan keçib. Onun üçün iki yer bron edilib ki, nömrələrdən biri mühafizəçi üçün nəzərdə tutulub.