İdman
ANS PRESS
Kaхa Maltanı Bakıya məğlubiyyətlə göndərdi
Malta milli komandası Azərbaycan yığması ilə AVRO-2016-nın seçmə qrup matçı öncəsi Gürcüstanla yoldaşlıq oyunu keçirib.
ANS PRESS-in məlumatına görə, Tiflisdəki Mixail Mesxi adına stadionda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Hesabı 83-cü dəqiqədə Jaba Kankava açıb. 90+2-ci dəqiqədə isə Valeri Kazaişvili son nöqtəni qoyub.
Kaхaber Tsхadadze bu oyunda "İnter"dəki yetirməsi Aleksandr Amusaşviliya start heyətində şans verib.
Qeyd edək ki, bu, Bakı "İnter"inin baş məşqçisi Kaxaber Tsxadadzenin Gürcüstan millisinin sükanı arxasında ilk oyunu olub. Malta millisi Azərbaycanla martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.
MənbəANS PRESS