Ölkə

Jozef Neyts: Azərbaycanda səhiyyənin sürətli inkişafını müşahidə etdim

Metbuat.az

Bakı, 14 mart,

AZƏRTAC

 


Azərbaycanda səhiyyənin sürətli inkişafını müşahidə etdim. Gördüklərimə əsasən onu deyə bilərəm ki, ölkənizdə onkoloji xidmətlə məşğul olan xəstəxanalar ən müasir avadanlıqlarla təchiz edilib və müasir standartlara tam cavab verir.


Bu fikri martın 14-də Bakıda onkologiyanın aktual problemlərinə həsr olunmuş beynəlxalq elmi konfransın iştirakçısı ABŞ-ın MD Anderson Xərçəng Mərkəzinin professoru Jozef Neyts

AZƏRTAC

-a eksklüziv müsahibəsində səsləndirib.


O deyib: ”Azərbaycan müasir ölkədir. Mənim Azərbaycana ilk səfərimdir. Bakıda keçirilən bu konfrans bizə ölkənizin səhiyyə qurumları ilə əlaqə qurmaq üçün imkan yaradacaq. Biz əməkdaşlıq üçün burdayıq. Bir çox ölkələrdən olan qabaqcıl onkoloji mərkəzlərin nümayəndələri ilə fikir mübadiləsi aparırıq.”


Jozef Neyts Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq arzusunda olduğunu da bildirib.