Dünya

İsveç polisi ötən gecə restoranda baş verən atışmanı terror aktı hesab etmir

Metbuat.az

Bakı, 19 mart,

AZƏRTAC

İsveç polisi ötən gecə restoranda baş verən atışmanı təhqiq edir. Ölən və yaralananların sayı haqqında hələlik dəqiq məlumat verilmir. Amma polis tam əmindir ki, bu, terror aktı yox, sadəcə cinayətkar qrupların “razborkasıdır”.


AZƏRTAC

Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, yerli polisin bildirdiyinə görə, kriminal zəmində baş verən belə hadisələr ölkənin ikinci böyük şəhəri olan Göteborq üçün nadir hal deyil. Ötən gecəki atışmanı da bu qəbildən hesab etmək olar.


Qeyri-rəsmi məlumatlara görə, atışma zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.


Qeyd edək ki, martın 19-na keçən gecə şəhərdəki restoranlardan birində iki şəxs Kalaşnikov avtomatlarından atəş açıb. Hələlik şübhəli qismində saxlanılan yoxdur.