İdman
Mənbə
ANS PRESS
İstirahət günü olsa da, Messi və 4 futbolçu... (FOTO)
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində doğma meydanda "Mançester Siti"ni qəbul edəcək "Barselona" son hazırlıqlarını sabah keçirəcəkləri oyun öncəsi məşqlə yekunlaşdıracaq.
ANS PRESS-in məlumatına görə, "Barselona"nın baş məşqçisi Luis Enrike bu gün futbolçulara istirahət versə də Messi və daha 4 futbolçu klubun bazasında məşqə çıxıblar. Bu 4 futbolçu Xavyer Maskerano, Jordi Alba, Xerard Pike və Andre ter Ştegendir.
Qeyd edək ki, "Barselona" - "Mançester Siti" matçı martın 18-i Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
ANS PRESS