Dünya

İstanbulda terrorçular prokuroru girov götürüb - FOTO

Metbuat.az

[ 31 Mart 2015 16:31 ]


Bakı - APA. Bu gün İstanbulun Çağlayan məhəlləsində yerləşən Ədliyyə Sarayına daxil olan terrorçular prokuror Mehmet Səlim Kirazı girov götürüblər.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 12.36-da DHKP-C (Devrimci Halk Kurtuluş Partisi-Cephesi) adlı marksist-leninçi terror təşkilatının 2 üzvü prokuror M. S. Kirazın Çağlayan Ədliyyə Sarayının 6-cı mərtəbəsində yerləşən kabinetinə girib. Onların yaxşı qorunan binaya silahla necə daxil olduqları hələlik bəlli deyil. Terrorçular prokurorun başına silah tuşlayaraq tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə, onu öldürəcəklərini bildiriblər. Olayı əks etdirən fotolar terrorçular tərəfindən internetə yerləşdirilib.   

Hadisədən sonra binanın giriş və çıxışları polis tərəfindən nəzarətə götürülüb. Xüsusi təyinatlılar əməliyyata hazırlaşır.

Qeyd edək ki, M. S. Kiraz Gəzi hadisələri 14 yaşlı Berkin Əlvanın öldürülməsi ilə bağlı cinayət işini aparan prokurordur.