Dünya
AZƏRTAC
İstanbulda tanınmış tacik müxalifətçi öldürülüb
Bakı, 6 mart,
AZƏRTACİstanbulda Tacikistanın tanınmış müxalifət xadimi Umarəli Qüvvətov öldürülüb.
AZƏRTAC
TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin xəbər portalı məlumat yayıb. U.Qüvvətov martın 5-də gecə İstanbulun Aksaray rayonunda naməlum şəxslər tərəfindən güllə ilə vurulub. O, dostu ilə kafedə nahar etdikdən sonra küçəyə çıxıb və orada qətlə yetirilib. Hələlik qətlin təfərrüatları açıqlanmır.
Müxalifətçinin 2014-çü ildə ekstremist təşkilat kimi tanınmış “24-lər qrupu”nun lideri olduğu bildirilir.