Dünya
AZƏRTAC
İstanbulda bir sıra dəniz səfərləri təxirə salınıb
Bakı, 8 mart,
AZƏRTAC.
İstanbulda güclü külək və fırtına səbəbindən bir sıra dəniz səfərləri təxirə salınıb.
AZƏRTAC
Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, İstanbul Dəniz Avtobusları (İDO) ve Bursa Dəniz Avtobusları (BUDO) rəsmi internet səhifələrində bu gün üçün planlaşdırılan səfərlərin təxirə salındığı bildirilir.
Reyslərin nə vaxt bərpa ediləcəyi barədə məlumat verilmir.