İstanbula qatarla getmək. Bakı-Tbilisi-Qars marşrutunun üstün cəhətləri haqda bir neçə söz - FOTO
Bakı-Tbilisi-Qars dəmir yolu xətti hələ ki, hazırlıq mərhələsindədir. Gələcəkdə bu layihə Avropa ilə Asiyanı birləşdirəcək. Həmçinin Azərbaycan, Gürcüstan və Türkiyə arasında mal dövriyyəsini, sərnişin axınını artıracaq.
Bu layihə tarixi İpək yolunun bərpası istiqamətində ciddi addım olacaq.
Bu sözləri Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Lütfi Elvan bu günlərdə İstanbulda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyə ərazisindəki uzunluğu 79 kilometrdir. Türkiyə tərəfdəki işlər tamamilə başa çatıb.
"Deyə bilərəm ki, bu dəfə gecikmə olmayacaq. Dəmir yolu bu ilin sonuna qədər istifadəyə veriləcək", - deyə o əlavə edib.
Bəs belə bir dəmir yolu xəttinin açılması ölkəmiz üçün hansı perspektivlər vəd edir?
Daha ətraflı
bu keçiddəoxuyun.
Milli.Az