Digər
İsraildə parlament seçkiləri keçirilir
Çərşənbə axşamı İsraildə seçkilər keçirilir. Gözlənilir ki, rəqabət əsasən Baş nazir Benyamin Netanyahunun partiyası ilə mərkəzi-solçu alyans arasında olacaq.
Milli.Az BBC-yə istinadən bildirir ki, mərkəzi-solçu Sionist İttifaqı fələstinlilərlə və beynəlxalq ictimaiyyətlə əlaqələri bərpa etməyi vəd edir.
Cənab Netanyahu bazar ertəsi deyib ki, dördüncü dəfə seçilsə Fələstin dövlətinin yaradılmasına yol verməyəcək. Rəy sorğularında onun partiyası ikinci yerdədir.
Bu seçkilər ərəfəsində müzakirə olunan əsas məsələlər iqtisadiyyat və həyat səviyyəsi olub.
Seçki məntəqələri yerli vaxtla 07:00-da (Bakıda 09:00) açılıb və 22:00-dək fəaliyyət göstərəcək.
Nəticələr məntəqələrin bağlanmasından az sonra bəyan edilə bilər, lakin növbəti koalisiyanın formalaşması barədə danışıqlar uzun müddət davam edə bilər.
İsraildə seçkilər necə keçirilir:
Yeni parlamenti (Knesset) seçmək üçün 6 milyona yaxın adam səs verəcək
Seçicilər şəxsə deyil, partiyaya səs verir
Parlamentdə 120 yer üzrə rəqabət gedir, lakin sistemə görə heç bir partiya çoxluğa malik ola bilməyəcək
Hökumət yarada bilmək üçün partiya blokları parlamentdə ən azı 61 yer tutmalıdır.
Milli.Az