Dünya

"İslam Dövləti" qruplaşmasının yaraqlıları İraqda IV əsrə aid monastırı məhv ediblər

Metbuat.az

Bakı. 20 mart. REPORT.AZ/ "İslam Dövləti" qruplaşmasının yaraqlıları İraqda qədim xristian monastırını məhv ediblər. "Report" "TASS"a istinadən xəbər verir ki, terrorçular Əl-Həmdaniyə şəhərində (Mosuldan 30 km şimal-şərqə) yerləşən binalar kompleksini talan etdikdən sonra monastırın ərazisində quraşdırılmış partlayıcı qurğuları işə salıblar.