Dünya

İŞİD Tikritdən qovuldu

Metbuat.az
İraqın baş naziri Heydər əl-Abadi ölkə ordusunun Tikrit şəhəri uğrunda döyüşlərdə “İŞİD” üzərində qələbə qazanıldığını bəyan edib.
 
APA-nın məlumatına görə, bu barədə “France-Presse” agentliyi xəbər yayıb.
 
Bundan əvvəl “İŞİD”-in Tikritdəki mövqelərinin artilleriya atəşinə və ABŞ tərəfindən hava zərbələrinə tutulduğu barədə məlumat yayılmışdı.
 
Qeyd edək ki, Tikrit şəhəri 2014-cü ilin iyulunda “İŞİD” qruplaşması tərəfindən ələ keçirilmişdi.
 
Milli.Az